İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
Bizi izləyin

Yaxın Şərq

İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək

İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək

İsrailin işğal altındakı Şərqi Qüdsün cənubunda təxminən 650 mənzildən ibarət yeni yəhudi yaşayış məntəqəsi yaratmağı planlaşdırdığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə Fələstin rəhbərliyinə bağlı Qüds Valiliyi məlumat yayıb. Bildirilib ki, İsrailin Regional Planlaşdırma və Tikinti Komitəsi Qüdsün cənubunda, fələstinlilərin evlərinə bitişik 27 dönümlük ərazidə yeni yaşayış məntəqəsinin salınması ilə bağlı planı ictimai müzakirəyə çıxarıb.

Məlumata görə, “Novi Rachel” adlandırılan layihə çərçivəsində 650-yə yaxın yaşayış binasının inşası nəzərdə tutulur.

Qüds Valiliyi layihənin Fələstin ərazilərinin parçalanmasına yönəlmiş bir sıra yaşayış məntəqəsi layihələrinin tərkib hissəsi olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, layihənin təhlükəsi yalnız tikiləcək evlərin sayı ilə məhdudlaşmır. Onun yerləşdiyi ərazi Fələstinlilərin gündəlik həyatına birbaşa təsir göstərə bilər.

Valiliyin məlumatına görə, İsrail bu cür layihələrlə Fələstinlilərin bölgədəki mövcudluğunu zəiflətməyə, şəhər inkişafının qarşısını almağa və ərazidə yeni faktiki vəziyyət yaratmağa çalışır.

İsrailin “İr Amim” hüquq müdafiə təşkilatı da daha əvvəl açıqlamışdı ki, son həftələr ərzində Şərqi Qüds üzərində nəzarətin gücləndirilməsi çərçivəsində ümumilikdə 3 400-dən çox mənzili əhatə edən üç böyük yaşayış məntəqəsi layihəsinin təsdiqi istiqamətində proses irəliləyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm