Yaxın Şərq
ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
ABŞ İranı iqtisadi və hərbi təzyiq altında saxlamağa hazırlaşır. Vaşinqton Tehrana qarşı dəniz blokadasını müddətsiz davam etdirə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın blokadasını uzun müddət təmin etmək üçün kifayət qədər imkanlara malik olduğunu bildirib.
“ABŞ Hərbi Dəniz Qüvvələri belə blokadanı sonsuza qədər davam etdirə bilər. Çünki gəmiləri mövqelərə növbəli şəkildə göndərib geri qaytaracağıq”, - deyə Heqset qeyd edib.
ABŞ maliyyə naziri Skott Bessent isə İranı daha ağır maliyyə zərbələrinin gözlədiyini açıqlayıb. Onun sözlərinə görə, gələn həftə Tehrana qarşı yeni tədbirlər elan ediləcək.
Bessent vurğulayıb ki, ABŞ “ayrı bir ölkənin iqtisadi təcridi tarixində indiyədək görünməmiş” sanksiyalar tətbiq etməyə hazırlaşır.
Atəşkəsin elan edilməsinin səhv olub-olmaması ilə bağlı suala cavab verməkdən imtina edən Heqset bildirib ki, ABŞ-ın əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
“Biz İranın heç vaxt nüvə silahına sahib olmaması üçün lazım olan hər şeyi edirik”, - deyə o bildirib.
Müəllif: Adəm
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































