Yaxın Şərq
İran Hörmüz boğazını açmır: ABŞ-a 4 ŞƏRT
Hörmüz boğazı ətrafında gərginlik yeni mərhələyə qədəm qoyub. Tehran strateji əhəmiyyət daşıyan boğazın açılması üçün ABŞ-a sərt şərtlər irəli sürüb.
Publika.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzaei bildirib ki, ABŞ hərbi əməliyyatları və İrana qarşı blokadanı dayandırmayana, İranın xaricdəki dondurulmuş aktivlərini azad etməyənə və Livanla Qəzza da daxil olmaqla regionda hərtərəfli atəşkəsə razılaşmayana qədər Hörmüz boğazı bağlı qalacaq.
Rzaei Tehranın bu məsələdə geri addım atmayacağını vurğulayıb. Onun sözlərinə görə, boğaz yalnız irəli sürülən şərtlər yerinə yetirildikdən sonra açılacaq.
Bu açıqlama ABŞ-ın prezidenti Donald Trampın Hörmüz boğazına faktiki olaraq ABŞ hərbçilərinin nəzarət etdiyi barədə sözlərindən sonra səslənib. Tehran Trampın iddiasını rədd edərək boğaz üzərində nəzarətin İrana məxsus olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyi qeyd edib ki, Hörmüz boğazı ölkənin ərazi sularının bir hissəsidir və ondan kimin və hansı şərtlərlə istifadə edəcəyinə Tehran qərar verir.
Fars körfəzi ilə Oman körfəzini birləşdirən Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Dünya neftinin təxminən 20 faizi bu marşrutdan daşınır.
Ekspertlər hesab edirlər ki, boğazın real blokadaya alınması neft qiymətlərinin kəskin bahalaşmasına və qlobal enerji böhranına səbəb ola bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































