Yaxın Şərq
İran açıqladı: 3 pilotumuz əsir götürülüb!
İran hakimiyyəti bildirib ki, ilin əvvəlində baş vermiş müharibə zamanı Su-24 qırıcılarının qəzaya uğramasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin üç pilotu Qətər qüvvələri tərəfindən əsir götürülüb.
Publika.az xəbər verir ki, bu barədə İran Silahlı qüvvələrinin generalı Məhəmməd Baqerzade bildirib.
Onun sözlərinə görə, pilotlar artıq təxminən altı aydır Qətər qüvvələrinin nəzarəti altındadır. Bununla yanaşı, onlara ailələri ilə görüşməyə və ya əlaqə saxlamağa icazə verilmir.
M.Baqerzade hərbçilərin azad edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək tədbir görülməsini xahiş edib.
Qeyd edək ki, İran hakimiyyəti daha əvvəl üç pilotun itkin düşmüş hesab edildiyini açıqlamışdı. Onların ehtimal olunan əsir götürülməsi ilə bağlı məlumat indiyədək ictimaiyyətə açıqlanmayıb.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































