Yaxın Şərq
Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur
Rusiya ilə Suriya arasında birbaşa sərnişin hava əlaqəsi bir il yarımdan artıq fasilədən sonra bərpa olunur.
Publika.az TASS-a istinadla xəbər verir ki, “Syrian Airlines” aviaşirkəti bu gündən etibarən Dəməşq-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Uçuşlar bazar günləri həyata keçiriləcək və yol müddəti təxminən 4 saat 40 dəqiqə təşkil edəcək.
Aviaşirkətdən bildirilib ki, reyslərə biletlərin satışı artıq açıqdır. Moskvaya uçuşun qiyməti ekonom sinifdə təxminən 490 dollar, biznes sinifdə isə 870 dollar təşkil edir. Şirkətin məlumatına görə, ilk reys üçün biletlərin demək olar ki, hamısı satılıb. Həmçinin oktyabrın 18-dək nəzərdə tutulan növbəti uçuşlara da biletlərə tələbat yüksəkdir. Tələbatın artacağı təqdirdə reyslərin sayının artırılması məsələsi üzərində artıq iş aparılır.
Qeyd edək ki, Dəməşq ilə Moskva arasında birbaşa sərnişin aviareysləri Suriyada yaranmış vəziyyətlə əlaqədar 2024-cü ilin dekabrında dayandırılmışdı. Həmin vaxt Rusiya istiqamətində uçuşları “Syrian Airlines”la yanaşı, digər Suriya aviaşirkəti “Fly Cham” da həyata keçirirdi.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































