Yaxın Şərq
Hörmüz boğazında gəmiçilik marşrutları TƏSDİQLƏNDİ
İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik xəritəsini razılaşdırıblar.
Publika.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayiyə istinadla məlumat yayıb.
“Tehran və Məsqət gəmilərin Hörmüz boğazından keçid xəritəsi üzrə razılıq əldə ediblər, baxmayaraq ki, bəzi məsələlər hələ də müzakirə olunur”, — deyə telekanalın məlumatında bildirilir.
Qeyd edək ki, İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etməli olan saziş üzrə danışıqlar aparırlar.
Mənbələrin məlumatına görə, saziş iki ölkə arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur. Buna əsasən, boğazdan keçən və Fars körfəzinə daxil olan bütün gəmi axını İran sularından keçən şimal marşrutu ilə hərəkət edəcək. Hörmüzdən çıxan və Ərəbistan dənizinə yönələn bütün nəqliyyat axını isə İranla koordinasiya olunmaqla Oman sularından keçən cənub marşrutu ilə gedəcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































