Yaxın Şərq
CENTCOM rəhbərinin Yaxın Şərq səfəri başa çatdı
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
Bred Kuper Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edib. O, həmin ölkələrdə hökumət nümayəndələri və hərbi rəhbərlərlə görüşlər keçirib. Bundan əlavə, regionda yerləşdirilən ABŞ hərbçiləri ilə də görüşüb.
CENTCOM rəhbəri Ərəbistan dənizində xidmət aparan "USS Abraham Lincoln" aviadaşıyıcısında da olub. Komandanlıq qeyd edib ki, bu, Kuperin cari il ərzində aviadaşıyıcıya ikinci səfəridir.
CENTCOM-un məlumatına görə, hazırda Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisi yerləşdirilib.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO








































