Yaxın Şərq
ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılaşdı
ABŞ və İran arasında 60 günlük atəşkəsin müddətinin uzadılması barədə razılıq əldə olunub.
Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqton və Tehran arasında iyunda imzalanan qarşılıqlı anlaşma memorandumunun müddəti bu gün başa çatırdı. Tərəflər razılaşmanı uzatmaq qərarına gəliblər və bununla da iki ölkə arasında kövrək atəşkəsin qorunması mümkün olub.
Qeyd edək ki, ABŞ və İran arasında münaqişə fevralın 28-də Vaşinqton və İsrailin İrana birgə genişmiqyaslı zərbələri ilə başlayıb. İyunun ortalarında Pakistanın vasitəçiliyi ilə tərəflər dərhal atəşkəs nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-də ABŞ İranın Hörmüz boğazında gəmiçiliklə bağlı razılaşmaları pozduğunu əsas gətirərək zərbələri bərpa edib. İran isə Vaşinqtonu atəşkəsi “açıq şəkildə pozmaqda” ittiham edib və ABŞ-ın müdaxiləsi dayandırılana qədər boğazı tam bağladığını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp isə bazar ertəsi səhər İranın nüvə silahına sahib olmasının qəbuledilməz olduğunu bir daha bəyan edib.
Müəllif: Adəm
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO








































