Yaxın Şərq
Suriyada hərbi aerodroma naməlum hava zərbələri endirildi - GİZLİ TƏHLÜKƏ
Suriyanın İdlib əyalətində yerləşən Əbu-Duhur hərbi aerodromu avqustun 18-də səhər saatlarında naməlum uçuş aparatlarının hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə AFP təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum Suriyanın şimal-qərbində baş verib. Lakin uçuş aparatlarının kimə məxsus olduğu və zərbələrin hansı vasitələrlə həyata keçirildiyi açıqlanmayıb.
Məlumata görə, Əbu-Duhur aerodromu hazırda uçuşlar üçün istifadə edilmir. Bununla belə, ərazidə Suriyanın Müdafiə Nazirliyinə tabe qüvvələr yerləşir.
Hələlik hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib. Yerli mənbələr isə aerodromun uçuş-enmə zolağına bir neçə zərbə endirildiyini və maddi ziyanın vurulduğunu bildiriblər.
Müəllif: Adəm
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO








































