Yaxın Şərq
Bəşər Əsədin əmisi oğluna ölüm hökmü verildi
Suriyada devrilmiş rejimin lideri Bəşər Əsədin əmisi oğlu Vəsim Əsəd barəsində ölüm hökmü çıxarılıb.
Publika.az xəbər verir ki, Dəməşqdəki Dördüncü Cinayət Məhkəməsi Vəsim Əsədi qəsdən və planlı şəkildə çoxsaylı qətllər törətməkdə, işgəncə, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərində təqsirli bilib.
Məhkəmənin məlumatına görə, Vəsim Əsəd silahlı qruplar yaradıb və həmin qruplar Şərqi Qutada mülki ərazilərə hücumlarda, eləcə də Məlahə qəsəbəsində dinc sakinlərin qətlə yetirilməsində iştirak edib.
Onun rəhbərlik etdiyi qrupların Suriyanın müxtəlif bölgələrində insanların oğurlanması və öldürülməsində də iştirak etdiyi bildirilib.
Məhkəmə həmçinin Vəsim Əsədin daşınar və daşınmaz əmlakının dövlət xəzinəsinin xeyrinə müsadirə olunmasına qərar verib.
Qeyd edək ki, avqustun 11-də Bəşər Əsəd, qardaşı Mahir Əsəd və digər yüksək vəzifəli şəxslər barəsində də ölüm hökmü çıxarılmışdı.
Akqabay
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO








































