Yaxın Şərq
İran bu ölkəyə raket zərbələri endirdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə (HHM) vasitələri İrandan buraxılan iki ballistik raketi qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin məlumatına görə, raketlərdən biri Əmirliklərin ərazi sularına, ikincisi isə onların hüdudlarından kənara düşüb.
Qurum İrandan gələn istənilən təhdidə cavab verməyə hazır olduğunu vurğulayıb.
Ötən gün ABŞ Prezidenti Donald Tramp ABŞ hərbçilərinin Hürmüz boğazı üzərində tam nəzarət bərqərar etdiyini bəyan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, İranın donanması və hərbi hava qüvvələri yoxdur, qalan hərbi qulluqçular isə “pul ödənişləri almırlar”. O əlavə edib ki, Tehranın “yalnız saxta xəbərləri və 300 faizlik inflyasiyası var” və vəziyyət “pisləşir”.
Avqustun 8-də İran Əmirliklərin “Adnoc” neft-qaz şirkətinin gəmisinə Hürmüz boğazından keçərkən raket zərbəsi endirib. BƏƏ İslam Respublikasının gəmiyə hücumunu pisləyib və bunu kommersiya gəmilərinə qarşı “quldurluq əməlləri” hesab edib. Ölkənin XİN-dən qeyd olunub ki, İran bu cür addımlarla BMT Təhlükəsizlik Şurasının gəmiçilik azadlığı haqqında qətnaməsini pozur və su yollarından iqtisadi təsir vasitəsi kimi istifadə edir.
Hüseyn İbadlı
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi













.jpg)


























