Yaxın Şərq
Tramp İrana qarşı strategiyanı dəyişdi: “Dərhal vurmaq” planından imtina etdi
ABŞ prezidenti Donald Tramp administrasiyasının İranla bağlı strategiyasını dəyişib. ABŞ rəsmisinin sözlərinə görə, Tramp yüksək vəzifəli nümayəndələrə Tehranla danışıqları dayandırmağı tapşırıb.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ağ Ev son günlər siyasi müttəfiqlərinə strategiyanın “İrana dərhal zərbə endirmək” xəttindən ölkəni uzunmüddətli perspektivdə “ölkəni boğmaq” siyasətinə dəyişdiyini bildirib.
Məlumata görə, Trampın vitse-prezident Cey Di Vens, xüsusi nümayəndələr Stiv Uitkoff və Jared Kuşnerin daxil olduğu danışıqlar komandasına Tehranla əlaqə saxlamamaq göstərişi İranla bir sıra “müsbət müzakirələrdən” sonra verilib.
Bununla belə, ABŞ prezidenti İranın onun tələblərinə güzəştə getmək istəməməsindən narazıdır.
Mənbələr bildiriblər ki, Tramp İranın Omanla Hörmüz boğazından keçidlərin tənzimlənməsi ilə bağlı hazırladığı razılaşmanın detallarından da narazıdır.
ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqtonun İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməsi gözlənilir. Bu addımın artıq bu həftə atıla biləcəyi bildirilir.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyət zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO













.jpg)

























