Yaxın Şərq
“Mossad” və Suriya arasında gizli təmas: Türkiyə ilə bağlı görün nə müzakirə edildi
“Mossad” rəhbəri Roman Hofman Suriya xarici işlər naziri Əsəd əş-Şeybani ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, “Reuters” üç mənbəyə istinadən yazıb.
Məlumata görə, avqustun 14-də baş tutan telefon danışığında tərəflər Türkiyənin Suriyadakı hərbi mövcudluğunu müzakirə ediblər. Bu, Bəşər Əsədin devrilməsindən sonra İsrail və Suriyanın yeni hakimiyyəti arasında ən yüksək səviyyəli təmaslardan biri olub.
Telefon danışığı İsrailin Suriyanın şimalındakı hərbi bazaya hava zərbələri endirməsindən bir neçə gün əvvəl baş tutub. Avqustun 18-də İsrail Hərbi Hava Qüvvələri İdlib əyalətində yerləşən Əbu əd-Duhur aviabazasına zərbələr endirib.
İsrail Suriyanın bazada türk hərbçilərinin yerləşdirilməsinə icazə verməklə mövcud təhlükəsizlik razılaşmalarını pozmağa yaxın olduğunu bildirib. Türkiyə isə bu ittihamları rədd edərək İsrailin zərbələrini pisləyib.
İsrail Baş nazirinin “Mossad”ın fəaliyyəti ilə bağlı sorğuları cavablandıran ofisi və Suriya Xarici İşlər Nazirliyi telefon danışığı barədə məlumatı hələlik şərh etməyib.
Akqabay
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyət zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO














.jpg)
























