Yaxın Şərq
İran ABŞ-ı hədələdi: Bu dəfə silahlarımız fərqli olacaq
İran ABŞ-a xəbərdarlıq edib. Tehran mümkün yeni eskalasiya zamanı daha güclü və müasir silahlardan istifadə edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Hüseyn Möhəbi deyib.
Onun sözlərinə görə, müharibə yenidən başlayarsa, İran əvvəlkindən fərqli silahlardan istifadə edəcək. Möhəbi bildirib ki, Tehran müdafiə imkanlarını hər gün təkmilləşdirir və daha dəqiq, texnoloji sursatlar istehsal edir.
General qeyd edib ki, yeni silahların üstünlüyü döyüş başlıqlarının nəsli, zərbələrin dəqiqliyi və raketlərin uçuş məsafəsi kimi göstəricilərdə özünü göstərə bilər.
Qeyd edək ki, ABŞ-ın İranla bağlı iqtisadi təzyiq strategiyasına keçməyə hazırlaşdığı barədə daha əvvəl məlumat yayılmışdı. Vaşinqtonun Tehranı beynəlxalq səviyyədə təcrid etmək üçün müttəfiqlərini də bu siyasətə qoşulmağa çağırdığı bildirilir.
Müəllif: Adəm
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyət zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO














.jpg)
























