Yaxın Şərq
İsraildə dar ağacı kompleksi tikilir - Qurbanlar kimlər olacaq?
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir terror cinayətlərinə görə məhkum edilmiş fələstinlilərin asılacağı dar ağacı kompleksinin tikintisini əks etdirən video paylaşıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
O, sosial şəbəkələrdə dəqiq harada yerləşdiyi göstərilməyən bir əraziyə səfərinin videoqeydini dərc edib. Videodan göründüyü kimi, nazir bünövrənin qoyulmasına işarə edərək məhz orada “terrorçuların edam ediləcəyi” ilə öyünür. Ben-Qvir edam yerinin müşahidə kabinələri ilə təchiz olunacağını və qurbanların ailələrinin asılma prosesini oradan izləyə biləcəklərini bəyan edib.
İsrail mediasında dərc olunan fotoşəkillərdə, ehtimala görə, həbsxana yaxınlığında yerləşən mühasirəyə alınmış zonada buldozer və genişmiqyaslı tikinti işləri əks olunub.
Yəhudi ekstremistlərinin deyil, yalnız hərbi məhkəmə sistemində terror cinayətlərinə görə məhkum edilmiş fələstinlilərin edam olunacağı dar ağacının tikintisi barədə məlumatlar bu ilin əvvəlində yeni qanunun qəbul edilməsindən sonra ortaya çıxıb. Həmin qanun, ömürlük azadlıqdan məhrum etməyə yol verən xüsusi hallar istisna olmaqla, hərbi məhkəmələr üçün edamı yeganə mümkün cəza növü kimi məcburi edir.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyət zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO














.jpg)
























