Yaxın Şərq
Trampdan İranla bağlı etiraf: Razılaşma bağlamaq çətindir
ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə etməyin çətinləşdiyini açıqlayıb. O, bunun əsas səbəblərindən birinin İran rəhbərliyində bir sıra şəxslərin öldürülməsi olduğunu bildirib.
Publika.az xəbər verir ki, Tramp "77 WABC" radiostansiyasına müsahibəsində Tehranla danışıqlar aparmaq üçün kiminlə əlaqə saxlamalı olduqlarının belə tam aydın olmadığını deyib.
“Qismən problem ondadır ki, bir çox lider öldürülüb. Razılaşma bağlamaq asan deyil”, - deyə Tramp bildirib.
Qeyd edək ki, İranın ali lideri Əli Xamenei ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlayan zərbələrinin ilk günündə öldürülüb. Onu oğlu Müctəba Xamenei əvəz edib.
Tramp iyulun 8-də İranla iyunun 18-də əldə olunan atəşkəsin artıq qüvvədə olmadığını açıqlamışdı. Bundan sonra ABŞ qüvvələri İrana qarşı bir neçə hücum həyata keçirib.
Tehran isə buna cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirib, Hörmüz boğazını bağlayıb və Vaşinqtonu döyüşlərin dayandırılması memorandumu üzrə öhdəlikləri pozmaqda ittiham edib.
Müəllif: Adəm
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi














.jpg)

























