Yaxın Şərq
Trampın təhdid etdiyi ölkədən sərt cavab: Bunu ciddi qəbul etmirik
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki tərəfdaşı Omanı növbəti dəfə hərbi müdaxilə ilə hədələyib. Lakin paytaxt Maskat bu dəfə təhdidi qorxu ilə deyil, narazılıqla qarşılayıb.
Publika.az xəbər verir ki, bu barədə “Al-Monitor” yazıb.
Tramp ötən bazar ertəsi “Fox News”a müsahibəsində Oman Vaşinqtonun qarşısında dayanacağı təqdirdə ABŞ-ın bu ölkəni yerlə-yeksan edəcəyini bildirib. Daha sonra isə Omanla asanlıqla hesablaşa biləcəklərini deyib.
Məlumata görə, Trampın narazılığı Oman və İran arasında Hörmüz boğazından gəmiçiliyə dair aparılan paralel danışıqlarla bağlıdır. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Tehranın Maskatla boğazdan keçidlə bağlı anlaşmaya gəldiyini və birgə bəyanat üzərində işlədiyini açıqlayıb. Oman isə İranla keçid üçün ödəniş sisteminin yaradılması planının olmadığını bildirib.
Bu, Trampın Omana qarşı ilk belə təhdidi deyil. ABŞ prezidenti may ayında da Maskatı “özünü yaxşı aparmağa” çağırıb, əks halda ölkəni bombalamaq məcburiyyətində qala biləcəklərini deyib. ABŞ maliyyə naziri Skott Bessent isə Omanı İranla gəmiçilik məsələsində əməkdaşlığa görə mümkün sanksiyalarla hədələyib.
Bununla belə, Oman rəsmiləri yeni təhdidə kifayət qədər sakit yanaşıblar. Maskatdakı hakimiyyətin mövqeyindən xəbərdar olan mənbə Trampın müharibənin uğursuzluğuna görə günahkar axtardığını qeyd edib.
“Düzünü desəm, biz bunu ciddi qəbul etmirik”, - mənbə bildirib.
Omanın keçmiş diplomatı da ölkənin bu cür təhdidlərə artıq öyrəşdiyini vurğulayıb.
Ekspertlərin fikrincə, hazırkı təhdidlərin ABŞ və Oman arasında təxminən 230 illik münasibətlərin ciddi şəkildə pozulmasına gətirib çıxaracağı gözlənilmir. Lakin Vaşinqtonun “ya bizimləsən, ya da bizə qarşı” yanaşmasının Maskatın balanslı diplomatiyasını getdikcə çətinləşdirdiyi bildirilib.
Müəllif: Adəm
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi









































