Yaxın Şərq
Vensdən İranla bağlı açıqlama: Tehran qarşısında iki seçim var
ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ-İran qarşıdurmasını “incə rəqs” adlandırıb.
Publika.az xəbər verir ki, Vens Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqi ən effektiv vasitə hesab etdiyini bildirib. Onun sözlərinə görə, son həftələrdə İran ABŞ-dan daha çox təzyiq hiss edib.
Vens qeyd edib ki, Hörmüz boğazı İranın əsas təsir rıçağıdır. O bildirib ki, ABŞ üçün boğazdan əvvəlki səviyyədə gəmiçilik tələb olunmur, əsas məqsəd amerikalılar üçün yanacaq və enerji qiymətlərini azaltmağa kifayət edəcək həcmdə neft və qazın daşınmasını təmin etməkdir.
Qeyd olunub ki, hazırda Hörmüz boğazından keçən gəmi sayı kəskin azalıb. "Kpler" şirkətinin məlumatına görə, bazar ertəsi boğazdan cəmi 10, bazar günü isə 2 gəmi keçib. Müharibədən əvvəl bu göstərici sutkada orta hesabla 130 gəmi təşkil edirdi.
Vens əlavə edib ki, İran qarşısında iki seçim var: iqtisadi təzyiqin davam etməsi və ya Qərblə münasibətlərin yaxşılaşdırılması.
Müəllif: Adəm
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyət zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO














.jpg)
























