İsrailə qarşı ölkələr birləşir: Türkiyəni dayandıra bilməyəcəksiniz!
Bizi izləyin

Yaxın Şərq

İsrailə qarşı ölkələr birləşir: Türkiyəni dayandıra bilməyəcəksiniz!

İsrailə qarşı ölkələr birləşir: Türkiyəni dayandıra bilməyəcəksiniz!

İsrailin Suriyanın şimalındakı Əbu əl-Zuhur hərbi aerodromuna endirdiyi zərbə Türkiyənin bölgədəki təsirini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilir.

Publika.az xəbər verir ki, beynəlxalq analitiklər İsrailin bu addımının əksinə, Türkiyə ilə Suriya arasındakı münasibətləri daha da yaxınlaşdıra biləcəyini bildirirlər.

Məlumata görə, İsrail hücuma Türkiyənin Suriyada hərbi mövcudluğunu artırması ilə bağlı iddiaları əsas gətirsə də, Ankara bunu rədd edib. ABŞ, Ankara və Dəməşqin İsrailin regionda gərginliyi qəsdən artırdığı qənaətində olduğu qeyd olunur.

İsrailin Suriyaya son iki həftədə 27 hava zərbəsi və 36 quru əməliyyatı keçirməsi ABŞ-ın da narazılığına səbəb olub. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankara səfiri Tom Barrak İsrailin hücumunu sərt şəkildə pisləyib.

Analizlərdə Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasındakı yaxın münasibətlərin Vaşinqton-Ankara xəttində strateji əməkdaşlığın göstəricisi olduğu vurğulanır. Trampın Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı mesajları da Ankaranın ABŞ üçün əhəmiyyətini artıran amil kimi qiymətləndirilir.Bu fonda İsrailin Türkiyəni getdikcə daha çox regional rəqib kimi gördüyü bildirilir. Analitiklər hesab edirlər ki, İsrail Türkiyənin Suriya, Livan və Qəzzadakı artan təsirini məhdudlaşdırmaqda çətinlik çəkə bilər.

Bildirilib ki, İsrailin son həmlələri Türkiyənin regional təsirini zəiflətmək əvəzinə, Ankara ilə Dəməşq arasında əməkdaşlığı daha da gücləndirə bilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm