Yaxın Şərq
İsraildən Türkiyə AÇIQLAMASI - “Gərginliyi qəsdən dərinləşdirmək niyyətində deyilik”
İsrailin xarici işlər naziri Qideon Saar İsrail Müdafiə Qüvvələrinin Suriyadakı hərbi obyektə endirdiyi son zərbə səbəbindən yaranan gərginlik fonunda İsrailin Türkiyə ilə münaqişənin eskalasiyasında maraqlı olmadığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə “12-ci kanal”a müsahibəsində danışıb.
O vurğulayıb ki, İsrail mövcud status-kvonu qoruyub saxlamaq niyyətindədir, lakin Suriya ərazisində Türkiyənin hərbi bazalarının yaradılmasına yol verməyəcək.
“Biz Türkiyə ilə münaqişənin eskalasiyasında maraqlı deyilik”, — deyə nazir bəyan edib.
Onun sözlərinə görə, İsrail İranın Livan və Qəzza zolağındakı iştirakı təcrübəsini nəzərə alır və Suriyada analoji vəziyyətin Türkiyənin iştirakı ilə inkişaf etməsinə yol vermək istəmir.
Saar qeyd edib ki, İsrail diplomatik həll yollarına “həmişə üstünlük verir” və Ankara ilə münasibətlərdə gərginliyi qəsdən dərinləşdirmək niyyətində deyil.
Hüseyn İbadlı
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi









































