Yaxın Şərq
Suriya və İsrail İordaniyada gizli danışıqlar apardılar
ABŞ-ın vasitəçiliyi ilə İordaniya ərazisində Suriya və İsrailin yüksəksəviyyəli nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Görüşdə Suriyanın İdlib əyalətindəki Əbu əd-Duhur aviabazasına endirilən son İsrail zərbəsindən sonra gərginliyin azaldılması müzakirə olunub.
Agentliyin məlumatına görə, Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şeybani rəhbərlik edib. Heyətin tərkibinə ümumi və hərbi kəşfiyyatın rəhbərləri də daxil olublar. İsrail tərəfini isə yüksəksəviyyəli nümayəndə heyəti təmsil edib.
Avqustun 18-də “Syria TV” telekanalı Suriyanın İdlib əyalətinin cənub-şərqindəki Əbu əd-Duhur hərbi aerodromunun naməlum tərəfin aviasiyası tərəfindən hücuma məruz qaldığını bildirmişdi. Bəzi yerli mənbələr hücumun arxasında İsrailin dura biləcəyini ehtimal etmişdilər.
Bununla yanaşı, daha sonra yüksəkvəzifəli İsrail rəsmisi İdlib əyalətindəki hərbi aerodroma hücumlar barədə məlumatı şərh edərkən “Fox News” telekanalına bildirib ki, İsrail Suriyaya ehtimal edilən zərbələrdən əvvəl Birləşmiş Ştatlara xüsusilə həssas kəşfiyyat məlumatları ötürüb.
Hüseyn İbadlı
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi









































