Yaxın Şərq
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
ABŞ-ın Florida ştatında fəaliyyət göstərən "Powerus" startapı İran tərəfindən buraxılan pilotsuz uçuş aparatlarını məhv etmək üçün ucuz dron-məhvedicilər istehsal edir.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Şirkət hazırda Birləşmiş Ərəb Əmirliklərində ayda təxminən 3 min ədəd belə aparat istehsal edir. Təxminən 5 min dollara başa gələn dron-məhvedicilər 3D printerdə hazırlanmış detallar, standart mikrosxemlər və GPS modullarından yığılır.
İstehsal kiçik anbarda həyata keçirilir və işçilər gündə 12 saat çalışırlar. “Powerus” istehsalı sürətlə artırmaq üçün BƏƏ-dəki yerli şirkətlərlə əməkdaşlıq edir. Bu model ABŞ-da yeni zavodların tikintisinə və ixracla bağlı bürokratik prosedurlara ehtiyacı azaldır.
Şirkət müxtəlif ölkələrdə istehsal müəssisələri şəbəkəsi yaratmağı və 2027-ci ilin ortalarına qədər aylıq qlobal istehsalı 15 min drona çatdırmağı planlaşdırır.
"The New York Times" yazır ki, "Powerus"un yanaşması hərbi sənayedə ənənəvi, bahalı və bürokratik istehsal modelinin dəyişdirilməsini tələb edir. Şirkət əsas üstünlüyü sürət və aşağı qiymətdə görür.
İranın pilotsuz aparatlarının regionda yaratdığı təhlükə ucuz və sürətli müdafiə vasitələrinə tələbatı artırıb. ABŞ Müdafiə Nazirliyi də 2025-ci ildə regiondakı obyektlərin qorunması üçün ucuz dron-məhvedicilərin alınması proqramına start verib. "Powerus" isə ən qənaətcil və sürətlə genişləndirilə bilən həll təklif edən şirkətlərdən biri kimi müsabiqənin qalibləri sırasında yer alıb.
Müəllif: Adəm
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nd - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
































.jpg)


