Yaxın Şərq
İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
İranda iqtisadi böhran və müharibənin yaratdığı ağır vəziyyət fonunda hakimiyyətin yeni etiraz dalğasından narahat olduğu bildirilir.
Publika.az xəbər verir ki, “Iran International” Bəsic qüvvələrinə aid olduğu bildirilən sızdırılmış səs yazısında mümkün kütləvi etirazların və etirazları yatıran qüvvələrin kimliklərinin internetdə yayılmasının müzakirə edildiyini yazıb.
Rejimin narahatlığını artıran digər amil isə Hüseyn Taebin Besicin rəhbərliyinə gətirilməsi olub. 2009-cu il etirazlarının yatırılmasında rolu ilə tanınan Taebin bu vəzifəyə qaytarılması İran hakimiyyətinin daxili təhlükəsizliyə xüsusi diqqət ayırdığı kimi qiymətləndirilir.
Ölkədə yüksək inflyasiya, ərzaq qiymətlərinin artması, milli valyutanın ucuzlaşması və müharibənin iqtisadi fəsadları əhalinin narazılığını artırır. Bu vəziyyətin ilin əvvəlində baş verən kütləvi etirazların yenidən alovlanmasına səbəb ola biləcəyi bildirilir.
Akqabay
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi









































