Yaxın Şərq
ABŞ-dan İrana gözlənilməz təklif: Sanksiyalar götürüləcək, əvəzində...
ABŞ İranla bağlı yeni təklif irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya English” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın təklifi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munir vasitəsilə İrana çatdırılıb. Vaşinqton Tehran qarşılığında Hörmüz boğazının açılmasını və İranla əlaqəli qrupların hücumlarının dayandırılmasını istəyib.
Təklifə əsasən, İran bu şərtləri yerinə yetirərsə, ABŞ blokada və sanksiyaları aradan qaldırmağa hazırdır.
Bildirilir ki, Asim Munir İrana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi və ölkənin ali liderinin nümayəndəsi ilə görüşüb. Mənbə görüşü “aydın və qətiyyətli” kimi qiymətləndirib.
Munir həmçinin İranı iyun ayında ABŞ-la imzalanmış anlaşma memorandumunun icrasını bərpa etməyə çağırıb. O, memorandum üzrə öhdəliklərin yerinə yetirilməsinə həm Vaşinqtonun, həm də Tehranın cavabdeh olduğunu bildirib.
Müəllif: Adəm Abbaslı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











