Yaxın Şərq
Tramp İrana qarşı hərbi əməliyyat mesajı verdi
ABŞ prezidenti Donald Tramp İranda vəziyyətin son dərəcə ağır olduğunu və epik miqyasda humanitar böhran yaşandığını bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O, İran hakimiyyətini hərbçilərin bir qisminə maaş verməməkdə və etirazçılara qarşı genişmiqyaslı zorakılıq törətməkdə ittiham edib. Tramp yaranmış vəziyyətin dərhal dayandırılmalı olduğunu vurğulayıb.
ABŞ prezidenti daha əvvəl İran ərazisinin yenidən bombalanması ehtimalını da istisna etməyib. O, Tehrana qarşı iqtisadi təzyiqlərin hərbi müdaxilə ehtimalını aradan qaldırmadığını bildirib.
Tehran isə Trampın açıqlamalarına sərt reaksiya verib. İran Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi xəbərdarlıq edib ki, ölkəsi strateji əhəmiyyət daşıyan Hörmüz boğazında neft daşımalarını dayandıra bilər.
Müəllif: Adəm
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































