Yaxın Şərq
"Qafqaz mafiyası"nın rəhbərini onlar öldürüblər - İsrail xüsusi təyinatlılarından əməliyyat
İsrail polisinin xüsusi təyinatlı bölməsinin əməkdaşları İsrailin şimalındakı Hadera şəhərində Or-Akiva şəhərindən olan iş adamı Yanis Yuşvaevin qətlində şübhəli bilinən bir neçə şəxsi saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Israel National News” məlumat yayıb.
Qeyd olunub ki, Hadera şəhərində saxlanılma əməliyyatını “Yamam” xüsusi təyinatlı bölməsinin əməkdaşları keçiriblər.
Polisdən bildirilib ki, saxlanılanlar dindirilmək və növbəti istintaq tədbirlərinin aparılması üçün polis bölməsinə gətiriliblər.
Bundan əvvəl İsraildə “Qafqaz mafiyası”nın başçısı Yanis Yuşvaevin Keysariya şəhərindəki kafenin yaxınlığında güllələndiyi bildirilirdi. Qatil dəstə rəhbərinə demək olar ki, yaxın məsafədən atəş açıb, bundan sonra qaçıb. Yuşvaevi ən nüfuzlu və təhlükəli cinayətkarlardan biri adlandırırdılar, lakin çoxsaylı saxlanılmalara baxmayaraq, ona qarşı heç vaxt rəsmi ittiham irəli sürülməmişdi.
Müşahidə kamerasının dərc olunmuş görüntülərində qatilin restoranın qapısı ağzında, Yuşvaev də daxil olmaqla, üç kişinin çölə çıxdığı məqamda dayandığı görünür. İnsanlara yol verdiyini nümayiş etdirən qatil “Qafqaz mafiyası” başçısının onun yanından keçməsini gözləyib, bundan sonra tapançanı çıxararaq demək olar ki, yaxın məsafədən onun ənsəsindən atəş açıb.
Hüseyn İbadlı
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































