Yaxın Şərq
İran ABŞ kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub
İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Yaxın Şərqdə ABŞ kəşfiyyat obyektlərinə görünməmiş miqyasda ziyan vurub. Bu zərərin miqyası ABŞ xüsusi xidmət orqanlarının bütün fəaliyyəti ərzində üzləşdiyi istənilən dağıntını geridə qoyur.
Publika.az xəbər verir ki, bu barədə dörd mənbəyə istinadən “NBC News” telekanalı məlumat yayıb.
Bu hücumlar nəticəsində Amerika xüsusi xidmət orqanlarının obyektlərinə və müşahidə avadanlıqlarına ziyan dəyib, onların bərpası üçün milyardlarla dollar tələb olunacaq.
Telekanal qeyd edib ki, dron və raket zərbələri müasir pilotsuz müharibə taktikasına vaxtında uyğunlaşmayan ABŞ-ın hərbi bazalarının və diplomatik missiyalarının müdafiəsində ciddi boşluqları üzə çıxarıb.
“NBC News”un məlumatına görə, İran Çin və Rusiyadan kəşfiyyat məlumatları və peyk şəkilləri alıb ki, bu da zərbələrin dəqiqliyini artırıb.
Bundan əvvəl “Financial Times” qəzeti İran tərəfindən zərər vurulmuş Fars körfəzindəki Amerika hərbi bazalarının bir hissəsinin bərpasının məqsədəuyğun olmaması barədə yazmışdı.
Hüseyn İbadlı
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































