Yaxın Şərq
Vaşinqton şokda: İran ABŞ kəşfiyyatına tarixdə görünməmiş zərər vurdu
ABŞ-ın Yaxın Şərqdəki kəşfiyyat və müşahidə sistemləri İranın raket və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində tarixində görünməmiş zərər görüb.
Publika.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
İranın həyata keçirdiyi raket və PUA hücumları ABŞ-ın Yaxın Şərqdə yerləşən kəşfiyyat obyektlərinə və müşahidə sistemlərinə ciddi ziyan vurub. Mənbələrə əsasən, dağıntıların miqyası ABŞ xüsusi xidmətlərinin tarixində qeydə alınan ən böyük itkilərdən biridir.
Bildirilir ki, zədələnmiş infrastrukturun bərpası milyardlarla dollara başa gələ bilər.
Qeyd edək ki, daha əvvəl ABŞ müdafiə nazirinin keçmiş müavini Elayn MakKasker İranla müharibənin ilk üç həftəsində ABŞ Silahlı Qüvvələrinin zərərinin 2,9 milyard dollara qədər olduğunu açıqlamışdı. Bu hesablamaya Qətərdə yerləşən ABŞ hərbi bazasındakı radarın zədələnməsi də daxil edilib.
Bununla yanaşı, ABŞ və İran arasında münaqişənin sona çatdırılması ilə bağlı danışıqların aparıldığı bildirilir. Tərəflərin atəşkəs rejiminə keçməsi ehtimalı gündəmdə olsa da, İran rəsmiləri Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etmədiklərini bəyan edirlər.
Akqabay
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































