Yaxın Şərq
Suriyada qüvvələr nisbəti dəyişir - SDQ buraxılır
Suriyada ABŞ-ın əsas müttəfiqlərindən olan kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) buraxılması elan edilib.
Publika.az xəbər verir ki, SDQ-nin komandiri birliyin fəaliyyətinə son qoyulacağını açıqlayıb. 2015-ci ildə yaradılan SDQ ABŞ-ın dəstəyi ilə “İslam Dövləti” terror təşkilatına qarşı quruda aparılan döyüşlərdə əsas qüvvələrdən biri olub.
SDQ faktiki olaraq Suriyanın şimal-şərqindəki kürd muxtar administrasiyasının ordusu rolunu oynayıb. Uzun illər ərzində onun nəzarətində geniş ərazilər və mühüm infrastruktur obyektləri olub.
Qüvvələrin buraxılması Suriyada hərbi-siyasi vəziyyətə ciddi təsir göstərə bilər. Əsas suallardan biri isə SDQ döyüşçülərinin və indiyədək nəzarətdə saxladıqları ərazilərin gələcək taleyidir.
Məlumata görə, SDQ-nin Suriya ordusunun tərkibinə daxil olması nəzərdə tutulur. Lakin xarici KİV komandirin orduya qoşulma ilə bağlı açıqlamasının vaxtından əvvəl verildiyini yazıb.
Bildirilir ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək. Hələlik SDQ-nin bütün döyüşçülərinin Suriya Silahlı Qüvvələrinə qoşulub-qoşulmayacağı, yoxsa onların bir qisminin orduda başqa vəzifələrə keçiriləcəyi məlum deyil.
Müəllif: Adəm
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































