Yaxın Şərq
İran iqtisadiyyatı kritik həddə çatır: Tehran ABŞ-la niyə razılaşmır?
İran iqtisadiyyatında vəziyyət kritik həddə yaxınlaşır. Tehran ABŞ-la danışıqlarda təkcə gəmiçilik dəhlizini deyil, ölkənin gələcəyini və mövcudluğunu müəyyənləşdirəcək şərtləri müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə “VESTİ”yə ekspert Oleq Xanin danışıb.
Onun sözlərinə görə, Tehran ABŞ-la danışıqların nəticəsinin İranın gələcəyi üçün həyati əhəmiyyət daşıdığını anlayır. Buna baxmayaraq, iranlılar Vaşinqtonun şərtləri ilə razılaşmağa hazır deyillər.
“Hazırda İran təkcə gəmiçilik dəhlizi uğrunda deyil, özünün yeni sağqalma rejimi, kimliyi və ölkənin gələcəyi uğrunda bazarlıq edir. Çünki İran iqtisadiyyatı tükənib”, - deyə ekspert bildirib.
Xanin qeyd edib ki, vəziyyət hələ tam kritik həddə çatmasa da, İran artıq bu sərhədə yaxınlaşıb.
Ekspertin fikrincə, Tehran danışıqlarda hər sent uğrunda mübarizə aparır və mümkün qədər əlverişli şərtlər əldə etməyə çalışır. Onun sözlərinə görə, tərəflər hələ elə böhranlı mərhələyə çatmayıblar ki, İran istənilən şərtlə razılaşmağa məcbur olsun.
Bu isə o deməkdir ki, yaxın müddətdə Hörmüz boğazı əvvəlki gücü ilə fəaliyyətini bərpa etməyə bilər. Xanin hesab edir ki, bunun nəticəsində dünya üzrə bir sıra məhsulların qiyməti bahalaşa bilər.
Müəllif: Adəm
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya28 Sentyabr 13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR




















.jpg)
















.jpg)
