Yaxın Şərq
ABŞ Hörmüz boğazında mühüm addım atdı
ABŞ hərbçiləri Hörmüz boğazındakı beynəlxalq gəmiçilik marşrutlarını İran tərəfindən yerləşdirildiyi bildirilən dəniz minalarından təmizləyib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper açıqlama verib. Onun sözlərinə görə, əməliyyatda ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları, “Navy SEALs” xüsusi təyinatlıları və müxtəlif hərbi aviasiya qüvvələri iştirak edib. Kuper əməliyyatın “mürəkkəb və təhlükəli” olduğunu, lakin tapşırığın uğurla yerinə yetirildiyini bildirib.
Məlumata görə, son aylarda ABŞ qüvvələri Hörmüz boğazından təxminən 1,5 min kommersiya gəmisinin keçidini təmin edib. Bu gəmilərin ümumilikdə 750 milyon barelə yaxın neft daşıdığı qeyd olunur.
Hazırda bölgədə 50 minə yaxın ABŞ hərbçisinin yerləşdirildiyi bildirilir. Əməliyyatda 20-dən çox hərbi gəmi və yüzlərlə təyyarə iştirak edir.
ABŞ daha əvvəl İrana xəbərdarlıq edib ki, boğazda yeni minaların yerləşdirilməsi halında belə addımı atan gəmilər məhv ediləcək. Hörmüz boğazı dünya neft tədarükünün əsas marşrutlarından biri olduğundan, onun bağlanması qlobal enerji bazarında ciddi böhrana səbəb ola bilər.
Müəllif: Adəm
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
MDB28 Sentyabr 21:13Rusiyada fişəng zavodunda dəhşətli yanğın: ölü sayı artdı - Yeniləndi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya28 Sentyabr 13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika28 Sentyabr 11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?





















.jpg)














.jpg)
