Yaxın Şərq
İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
İsrailin baş naziri Benyamin Netanyahu ilə ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir arasında seçkilərdə birgə siyahı ilə iştirak məsələsində ciddi fikir ayrılığı yaranıb.
Publika.az xəbər verir ki, Netanyahu Ben-Qviri və Dini Sionizm Partiyasının lideri Bezalel Smotriçi seçkilərə vahid siyahı ilə qatılmağa çağırıb.
Netanyahu bildirib ki, sağ qüvvələr birləşdikdə qalib gəlir, parçalandıqda isə seçkiləri uduzur. O, 1992-ci il seçkilərini nümunə göstərərək eyni ssenarinin təkrarlana biləcəyini deyib.
Ben-Qvir isə Netanyahuya cavabında baş naziri partiyasını zəiflətməyə və İsrael Eyzenkotla “milli birlik hökuməti” qurmağa çalışmaqda ittiham edib. O, Smotriçlə birləşməyin sağ blok üçün 3-4 mandat itkisinə səbəb ola biləcəyini bildirib.
Netanyahu isə Ben-Qvirin ittihamlarını rədd edərək, Smotriçlə ittifaqın sağ düşərgəni gücləndirəcəyini vurğulayıb. O, Ben-Qviri şəxsi ambisiyaları naminə ölkəni riskə atmaqda ittiham edib.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











