Yaxın Şərq
İsraildə seçki öncəsi şok: Netanyahu hakimiyyəti itirə bilər
İsraildə yaxınlaşan parlament seçkiləri öncəsi baş nazir Benyamin Netanyahunun yenidən hökumət qurması üçün tələb olunan 61 mandatı əldə etməsi çətinləşir.
Publika.az xəbər verir ki, “Jerusalem Post”un məlumatına görə, son sorğular Netanyahu üçün narahatedici mənzərə ortaya qoyub. 120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.
Sorğulardan birində Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yashar” partiyasının 26 mandatla Netanyahunun “Likud” partiyasını geridə qoyduğu, “Likud”un isə 23 mandat topladığı bildirilib.
Netanyahuya qarşı siyasi qüvvələr isə seçkidən sonra 61 mandatlıq çoxluq formalaşdırmaq üçün əməkdaşlıq imkanlarını müzakirə edir. Keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot da Netanyahu hökumətini devirmək üçün müxalifətin 61 mandat qazanmasının vacibliyini vurğulayıb.
İsrailin KAN telekanalının məlumatına görə, Netanyahu qapalı toplantılardan birində partiyasının vəziyyətini də müzakirə edib. Baş nazirin “10 mandat itirmişik və onları necə geri qaytaracağımızı bilmirəm” dediyi və vəziyyət dəyişməsə, “Likud”un seçkiləri uduza biləcəyini bildirdiyi qeyd olunub.
Netanyahunun öz xeyrinə olan ictimai rəy sorğularına da şübhə ilə yanaşdığı və partiyasının vəziyyətinin sorğularda göründüyündən daha pis olduğuna inandığı bildirilir.
Akqabay
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











