Yaxın Şərq
Əzizi ABŞ-ı hədələdi: Qisas yaxınlaşır, qaçın!
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi Yaxın Şərqdə yeni eskalasiyaya görə ABŞ-ın “daha ağır bədəl” ödəyəcəyini bildirib və amerikalılara “sadəcə qaçmağı” məsləhət görüb.
Publika.az xəbər verir ki, Əzizi sosial şəbəkə hesabında qisasın yaxınlaşdığını yazıb.
Onun sözlərinə görə, gərginliyin daha da artacağı təqdirdə İran cavab addımları atmağa hazırdır.
Bu açıqlama ABŞ-ın İranın Larak adasındakı raket qurğularına zərbə endirməsindən sonra səsləndirilib. “Axios”un müxbiri Barak Ravid ABŞ-ın adadakı iki qurğunu vurduğunu bildirib. Mənbənin məlumatına görə, İran həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlər buraxmaq üçün istifadə etməyi planlaşdırırdı.
Buna cavab olaraq İran ABŞ-ın İordaniyadakı bazalarına zərbələr endirib. Hədəflərin məruz qaldığı ziyan və mümkün itkilərlə bağlı məlumat açıqlanmayıb.
Vaşinqtonla Tehran arasında gərginlik Fars körfəzindəki münaqişə fonunda artmaqda davam edir. ABŞ İrana qarşı iqtisadi təzyiqləri gücləndirir, Tehran isə cavab addımlarına hazır olduğunu bəyan edir.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...














.jpg)








.jpg)





.jpg)







.jpg)