Yaxın Şərq
Pezeşkian ABŞ-a şərt qoydu: Əməl etsəniz, qarşılıq verəcəyik
İran ABŞ-ın İslamabad memorandumunun şərtlərinin yerinə yetirilməsinə qayıdacağı təqdirdə, buna qarşılıq verəcək.
Publika.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun əvvəllər öhdəliklərini pozmasına Tehran adekvat cavab verib. Lakin ABŞ öz razılaşmalarına yenidən əməl etməyə başlayarsa, İran da qarşılıqlı addım atmağa hazırdır.
Pezeşkian həmçinin vurğulayıb ki, İran beynəlxalq öhdəliklərinə sadiq qalmaq baxımından ABŞ-dan fərqli olaraq qüsursuz təcrübəyə malikdir və beynəlxalq hüquq normalarına ciddi əməl edir.
O, daha əvvəl İslamabad memorandumunu sülhə dair tarixi sənəd adlandırmışdı. Pezeşkianın sözlərinə görə, bu sənəd qarşılıqlı hörmət şəraitində sülhün mümkün olduğunu nümayiş etdirib.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...














.jpg)
.jpg)







.jpg)




.jpg)








.jpg)
