Yaxın Şərq
İran Yaxın Şərqdəki ABŞ bazalarına hücum etdi
İran Silahlı Qüvvələri Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hücumlar raketlər və pilotsuz uçuş aparatları (PUA) tətbiq edilməklə həyata keçirilir.
Bir neçə saat əvvəl Birləşmiş Ştatlar hərbçilərinin Hörmüz boğazı rayonunda İran hədəflərinə zərbələr endirdiyi barədə məlumat verilmişdi.
İyunun 18-də ABŞ və İran müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin cəmi bir neçə gün sonra Amerika rəhbərliyi Tehranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. İslam Respublikası da öz növbəsində Amerika hərbçilərini zərbələr endirməkdə təqsirləndirib.
İyulun əvvəlində ABŞ prezidenti Vaşinqton və Tehran arasında barışığın artıq qüvvədə olmadığını bəyan edib.
Avqustun sonunda Birləşmiş Ştatlar İrana qarşı “İqtisadi kənarlaşdırılmış” adlı əməliyyata başlayıb. Məqsəd İslam Respublikasını maliyyə cəhətdən təcrid etməkdir. Vaşinqton Tehranın gəlir mənbələrini kəsmək niyyətindədir və İranla əməkdaşlığı, o cümlədən İran neftini almağı və daşımağı davam etdirən üçüncü ölkələrin təşkilatlarını ikincili sanksiyalarla hədələyir.
Hüsseyn İbadlı
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...













.jpg)






.jpg)






.jpg)






.jpg)
