Yaxın Şərq
Əsəd rejiminin gizlətdiyi üç nüvə obyekti - 73 ton uran nəzarət altına alındı
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri Suriya hakimiyyətinin Bəşər Əsədin idarəçiliyi illərində beynəlxalq mütəxəssislərdən gizlətdiyi böyük həcmdə uran ehtiyatlarını aşkar edərək nəzarətə götürüblər.
Publika.az xəbər verir ki, bu barədə AEBA rəhbəri Rafael Qrossinin çərşənbə akşamı Vyanada təqdim olunan qapalı məruzəsində bildirilir.
Sənədə əsasən, aşkar edilmiş materialın ümumi həcmi təxminən 73 ton təşkil edir ki, bunun da 55 tona yaxını məxfi nüvə reaktoru tikintisi proqramı üçün nəzərdə tutulmuş yanacaq çubuqlarıdır.
Bu, iki həftə əvvəl Qrossi və Suriyanın xarici işlər naziri Əsəd əş-Şəybani Dəməşqdə uran ehtiyatlarının mövcudluğunu bəyan etdikdən sonra aşkar edilmiş nüvə materiallarının ilk ətraflı siyahıyaalınmasıdır.
Son günlərdə AEBA mütəxəssisləri materialı yoxlayıb və onun mühafizəsini təmin ediblər. Hazırda bu ehtiyatlar agentliyin daimi nəzarəti altındadır. Muqabilində Qrossi xəbərdarlıq etmişdi ki, bu material başqa məqsədlər üçün istifadə oluna bilər.
2007-ci ildə İsrail Suriyada yerləşən və ehtimala görə məxfi nüvə reaktorunun tikildiyi obyekti vuraraq məhv etmiş, onun nüvə silahı istehsalı üçün istifadəsinə imkan verməmişdi. 2011-ci ildə AEBA belə bir qənaətə gəlib ki, həmin məkan həqiqətən də Şimali Koreyanın nüvə reaktoruna bənzər məxfi bir reaktor olub.
Qrossinin sözlərinə görə, Suriyanın keçmiş hökuməti agentlikdən eyni vaxtda üç obyekti - reaktoru, yanacaq istehsalı müəssisəsini və material anbarını gizlədib. AEBA ilə əməkdaşlığın olmaması və ardınca baş verən vətəndaş müharibəsi səbəbindən müfəttişlər uzun illər ərzində yerində tammiqyaslı təhqiqat apara bilmirdilər.
2024-cü ilin sonunda Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra proses yeni vüsət alıb. Qrossi Suriyanın indiki hakimiyyəti ilə əməkdaşlığı yüksək qiymətləndirib və nümayiş etdirdikləri şəffaflığa görə təşəkkürünü bildirib.
Hüseyn İbadlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











