Yaxın Şərq
Trampın yeni taktikası: ABŞ İranda nələri məhv edib?
ABŞ-ın İrana hücumu və nəticədə iki İran tankeri və təxminən 100 digər İİKK obyektinin məhv edilməsi Prezident Donald Trampın yeni taktikasının ilk tətbiqi olub.
Publika.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ ordusu İrana qarşı bu yaxınlarda həyata keçirdiyi hücumda təxminən 100 hədəfi vurub və ABŞ dəniz blokadası xəttinin şimalında, ölkə sahillərində lövbər salmış iki İran hökumət tankerinin mühərrik otaqlarına zərər verib.
ABŞ rəsmisi bu hücumları Trampın İİKK-nı çəkindirmək üçün yeni "tankerə görə tanker" siyasətinin bir hissəsi kimi təsvir edib. Mənbələrə istinadən portal iddia edir ki, əməliyyat ABŞ-a boğazda kommersiya gəmiləri üçün "ən azı bir aylıq təhlükəsiz keçid" imkanı verib.
Vaşinqton əvvəllər bildirib ki, zərbələr İİKK-nın Hörmüz boğazındakı ticarət gəmilərinə, eləcə də bölgədəki Amerika bazalarına hücum cəhdinə cavab olaraq həyata keçirilib.
Çərşənbə axşamı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin İrana qarşı hücumlar başlatdığını açıqladı.
Müəllif: Tural
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











