Yaxın Şərq
İran ABŞ-ın toyda tökdüyü qanı yerdə qoymayacaq: Görün haraları vuracaq
İranın cənubunda keçirilən toy mərasimində baş verən raket partlayışı faciəyə səbəb olub.
Publika.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, hadisə Hörmüzqan vilayətinin Kuhestak şəhərində baş verib. ABŞ-a məxsus olduğu bildirilən raketin yaşayış evinə və ya onun yaxınlığına düşməsi nəticəsində 4 nəfər ölüb, 68 toy qonağı yaralanıb.
Həlak olanlar arasında 4 yaşlı Əmir-Əli Kərimi və 16 yaşlı Məhəmməd Mollahinin də olduğu bildirilib.
Partlayış nəticəsində evin damı çöküb, pəncərələr sınıb. Hadisə yerindən yayılan görüntülərdə ətrafa səpələnmiş toy bəzəkləri, qəlpələrlə zədələnmiş divarlar və dağıntılar əks olunub. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilib, yaralılar xəstəxanalara çatdırılıb.
İranın dövlət mediası zərbə yerindən toplanmış raket qalıqlarının fotosunu da yayıb. Hərbi ekspertlərin ilkin qiymətləndirməsinə görə, qalıqların bir hissəsi ABŞ istehsalı olan “SLAM-ER” tipli raketə aid ola bilər.
Müşahidə kameralarının görüntülərində bir dəqiqə ərzində ərazidə ən azı 6 zərbənin endirildiyi görünür. Toy keçirilən evdən təxminən 150 metr aralıda yerləşən mobil rabitə qülləsinin də zərbələrə məruz qaldığı bildirilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü hücumu ABŞ tərəfindən törədilmiş “hərbi cinayət” adlandırıb və Tehran hakimiyyətinin bu “qəddar cinayətlərə qətiyyətlə cavab verəcəyini” bəyan edib.
İran Müdafiə Nazirliyinin rəsmisi Ebrahim Zülfaqari isə ABŞ-a qarşı “daha güclü, daha genişmiqyaslı, sarsıdıcı və dağıdıcı” cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, İran tərəfi cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına, o cümlədən Bəhreyn, Küveyt və BƏƏ-dəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins isə Vaşinqtonun mülki şəxslərin öldüyünə dair məlumatlardan xəbərdar olduğunu bildirib, lakin ABŞ hərbçilərinin qəsdən mülki hədəflərə zərbə endirmədiyini iddia edib.
Qeyd edək ki, ABŞ və İran arasında son hücumlar bölgədə vəziyyətin yenidən kəskinləşməsinə səbəb olub.
Müəllif: Adəm
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI



















.jpg)









.png)




