Yaxın Şərq
Sarkisyanın ev dustaqlığının müddəti uzadıldı - Terror aktları hazırlamaqda təqsirli bilinir
İrəvan məhkəməsi konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda təqsirləndirilən müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyanın ev dustaqlığı müddətini iki ay uzadıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, müdafiə tərəfinin etirazlarına baxmayaraq, məhkəmə prokurorun vəsatətini təmin edib.
“Bu qərar zaldakı vətəndaşların narazılığına səbəb olub və onlar “Rüsvayçılıq!” deyə şüar səsləndirməyə başlayıblar”, - deyə materialda qeyd olunub.
2025-ci ilin iyulunda Sarkisyan terror aktları hazırlamaq ittihamı ilə iki ay müddətinə həbs edilmişdi. Dekabrda Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi qətimkan tədbirini ev dustaqlığı və girovla dəyişdirib.
Həmin ildə Ermənistanın İstintaq Komitəsi parlamentdəki ən böyük müxalifət fraksiyası olan “Ermənistan”ın rəhbəri və respublikanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda, çirkli pulların yuyulmasında və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etməkdə ittiham olunub.
Hüseyn İbadlı
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama







































