Yaxın Şərq
Netanyahu İsrailin əsas məqsədini açıqladı - İranla bağlı belə plan qurulub
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin əsas xarici siyasət vəzifəsi İranda hakimiyyətin dəyişdirilməsidir və yaxın gələcəkdə buna nail olmaq tamamilə mümkündür.
Publika.az xəbər verir ki, Netanyahu bu barədə müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyi ilə görüşündə bildirib.
"Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətimizə əminəm. Yəni Tehrandakı hakimiyyəti devirməyə. Bu, qarşımızda duran əsas məqsəddir, lakin ona nail olmaq artıq yaxındır. Bu, mümkünsüz deyil və tamamilə əlçatandır", - Netanyahu vurğulayıb.
Onun iddialarına görə, İran hazırda həmişə olduğundan daha zəifdir və sağ qalmaq uğrunda mübarizə aparır.
"Mən düşmənlərimizə deyirəm: bizimlə işiniz olmasın. Əgər nə isə öyrənmisinizsə, o da budur ki, bizimlə işiniz olmasın. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var", - baş nazir əlavə edib.
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi















.jpg)



















.jpg)

