Yaxın Şərq
Liviyada yanacaq anbarına PUA ilə hücum edildi
Liviyanın Milli Neft Korporasiyası bu gün paytaxt Tripolidə yanacaq anbarının pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alındığını açıqlayıb. Hadisə nəticəsində hər hansı zərər qeydə alınmayıb.
Publika.az QNA xəbər agentliyinə istinadla bildirir ki, qurum neft obyektlərinin bu cür təxribat xarakterli hücumlarla hədəfə alınmasını təhlükəli hal kimi qiymətləndirib və strateji obyektlərin qorunması üçün bütün təhlükəsizlik və hərbi qurumların səylərini əlaqələndirməsinin vacibliyini vurğulayıb.
Liviyanın Milli Neft Korporasiyasının yaydığı bəyanatda bildirilib ki, Liviyanın istənilən bölgəsində neft obyektlərinin hər hansı formada hədəfə alınması yanacaq təchizatı sisteminə və əsas xidmətlərin fəaliyyətinə birbaşa təhlükə yaradır. Bu səbəbdən neft obyektlərinin və əməkdaşlarının hər hansı düşmənçilik fəaliyyətindən kənarda saxlanılması və onların təhlükəsizliyinə hörmət edilməsi çağırışı edilib.
Korporasiya bütün obyektlərdə fəaliyyət göstərən fövqəladə hallar qruplarının hazırlıq səviyyəsinin maksimuma çatdırıldığını da bildirib. Qeyd olunub ki, mütəxəssis qrupları mümkün təkrar hücumların fəsadlarını azaltmaq məqsədilə çənlərdəki yanacağın səviyyəsinin aşağı salınmasına başlayıblar.
Qeyd edək ki, son aylarda Liviyada müxtəlif silahlı qruplar arasında davam edən qarşıdurmalar və onların ölkənin neft resurslarına nəzarəti ələ keçirmək cəhdləri fonunda bir sıra neft emalı müəssisələri də hücumlara məruz qalıb.
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi















.jpg)

















.jpg)

