Yaxın Şərq
ABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur - Nə baş verir?
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus səsdən sürətli təyyarə İran sərhədləri yaxınlığında, Oman körfəzinin neytral suları üzərində dövrə vurur.
Publika.az xəbər verir ki, bu barədə Yaxın Şərqdəki aviadispetçer xidmətlərindəki mənbə TASS-a məlumat verib.
Söhbətin ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan "Northrop T-38C Talon" təyyarəsindən getdiyi bildirilir.
Mənbənin sözlərinə görə, təyyarə bölgədəki hərbi bazalardan birindən havaya qalxıb və hazırda Oman körfəzinin neytral suları üzərində təxminən 7,5 kilometr yüksəklikdə dairəvi trayektoriya ilə uçur.
Qeyd olunur ki, "T-38C Talon" reaktiv aviasiya pilotlarının hazırlanması üçün nəzərdə tutulub. Təyyarə neytral sular üzərində hərəkət etsə də, sərnişin və mülki aviasiyanın istifadə etdiyi hava dəhlizlərini də əhatə edən marşrut üzrə uçur.
Onunla eyni trayektoriyada, lakin təxminən 3 kilometr aşağıda ABŞ-a məxsus "Boeing KC-46A Pegasus" hərbi nəqliyyat və yanacaqdaşıyan təyyarəsi də uçur.
Xatırladaq ki, iyunda da İranın hava sərhədinə yaxın, Fars körfəzinin neytral sularındakı eyni sektorda ABŞ-ın "KC-46A Pegasus" təyyarəsinin uçuşları bir neçə gün ardıcıl qeydə alınmışdı.
Müəllif: Adəm
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı













.jpg)




.jpg)















.jpg)

