Yaxın Şərq
Müharibə qızışdı, onlar varlandı: Tacirlərin boğazdan keçən “qazanc savaşı”
İran ətrafında baş verən müharibə dünya neft bazarında kəskin dalğalanmalara səbəb olmaqla yanaşı, bəzi əmtəə treyderlərinin gəlirlərini də ciddi şəkildə artırıb.
Publika.az xəbər verir ki, “Bloomberg” bu barədə şirkətlərin maliyyə hesabatlarına istinadən yazıb.
Məlumata görə, dünyanın iki aparıcı xammal treyderi münaqişə fonunda mənfəətini iki dəfədən çox artırıb. Şirkətlər riskə gedərək nefti Hömüz boğazından daşımağa davam edən treyderlər hesabına yüksək gəlir əldə ediblər.
Şirkətlərdən birinin 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər olan 9 aylıq mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 122 faiz artaraq 2,01 milyard dollara çatıb. Bu, şirkətin tarixində ən yüksək göstəricilərdən biri hesab olunur.
Digər şirkətin isə 2026-cı ilin ilk yarısında mənfəəti 909 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 dəfə çoxdur.
Maliyyə hesabatları göstərir ki, yüksək gəlirlərdən əsasən şirkətlərin rəhbərləri və özəl treydinq şirkətlərinin sahibləri faydalanıb. Şirkətlər qazancı böyük dividendlər şəklində bölüşdürməkdənsə, vəsaiti özlərində saxlamağa üstünlük verirlər.
Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artması mis bazarında da qiymətləri və ticarət həcmini yüksəldib. Şirkətlərdən biri metal və mayeləşdirilmiş təbii qaz sektorunda fəaliyyətini genişləndirir.
Xatırladaq ki, bundan əvvəl “JPMorgan” analitikləri xəbərdarlıq etmişdilər ki, Fars körfəzində eskalasiya Hömüz boğazından tanker daşımalarının müvəqqəti dayanmasına səbəb ola bilər. Bu isə neftin qiymətinin bir barel üçün 120 dollara qədər yüksəlməsi riskini artırır.
Müəllif: Adəm Abbaslı
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
-
Nəqliyyat08:24Bakıda yağışlı günün mənzərəsi: bu küçələrdə tıxac var - Siyahı/Foto
-
Qoroskop01:20Günün ulduz falı: bunları etmək sizə mənəvi rahatlıq gətirəcək
-
Magazin17 Sentyabr 22:18“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı
-
İdman7 Sentyabr 20:48Neymar, Messi və Suares yenidən bir komandada? - MSN planı gündəmdə
























.jpg)



.jpg)




.png)





