Yaxın Şərq
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
İsrail Böyük Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlamaq qərarına gəlib.
Publika.az BBC-yə istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Sa’ar Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamasından sonra bildirib.
Gideon Sa’ar qərarın Britaniyanın Leyboristlər hökumətinin İsrailə qarşı qəbul etdiyi bir sıra qərarlara cavab olduğunu deyib. O, Britaniya hökumətini düşmən mövqe tutmaqda və sistemli şəkildə İsrail dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edib. İsrailin xarici işlər naziri, həmçinin Böyük Britaniya hökumətini oktyabrın sonunda keçiriləcək İsrail seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
Gideon Sa’ar Britaniyanın İsrail məhsullarına qarşı boykot qərarını da kəskin tənqid edib. O, Qüdsün şərqində yerləşən E1 yaşayış məntəqəsi ilə bağlı Böyük Britaniyanın açıqlamalarına toxunaraq, bu layihə üzrə yeni qərarların qəbul edilmədiyini bildirib. Böyük Britaniya hökumətinin məlumatına görə, ölkənin Qüdsdəki baş konsulluğu Britaniya hökumətini Qüds, İordan çayının qərb sahili və Qəzzada təmsil edir, həmçinin Böyük Britaniya ilə Fələstin arasında siyasi, kommersiya, təhlükəsizlik və iqtisadi məsələlər üzrə fəaliyyət göstərir.
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
Hadisə18:48“Şəki yaylası”nda faciə - Ölənlər var
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq

























.jpg)

.jpg)





.png)




