Yaxın Şərq
İordaniya ordusu İranın atdığı 18 ballistik raketi ələ keçirdi
İordaniyanın hava hücumundan müdafiə (HHM) vasitələri krallığın ərazisinə buraxılmış 18 İran ballistik raketini məhv edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 20 raket buraxılıb. Onlardan ikisi yaşayış olmayan rayonlara düşüb, xəsarət alan yoxdur. İxtisaslaşmış qruplar qalıqların düşdüyü yerlərin təhlükəsizliyini təmin edirlər.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əl-Əzraq rayonundakı Muvəffaq Səlti aviabazasında yerləşən Amerika qoşunlarına zərbə endirdiyini bəyan edib. İddia olunurdu ki, raketlər F-35, F-16 və F-15 qırıcılarının texniki xidmət yerlərini hədəfə alıb.
Hücum ABŞ-ınİran tankerlərinə endirdiyi zərbələrə cavab olub. ABŞ hərbçiləri daha əvvəl SEPAH-ın ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmisinə qarşı hücumuna cavab olaraq Fars və Oman körfəzlərində beş neft tankerini məhv ediblər.
Hüseyn İbadlı
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
















.jpg)

.jpg)





















