Yaxın Şərq
İsrail Böyük Britaniyaya 30 gün vaxt verdi: Çıxın
İsrail Şərqi Qüdsdəki Britaniya Konsulluğuna 30 gün ərzində fəaliyyətini dayandırmalı olduğunu bildirib.
Publika.az xəbər verir ki, “Reuters” agentliyinin İsrail rəsmisinə və başqa bir mənbəyə istinadən verdiyi məlumata görə, diplomatik missiyaya təyin olunmuş əməkdaşların akkreditasiyası da ləğv ediləcək.
Bundan əlavə, ABŞ-ın rəhbərlik etdiyi Qəzza Koordinasiya Missiyasında İsraildə xidmət edən Britaniya nümayəndələri, eləcə də Ramallahdakı Böyük Britaniya diplomatları yeddi gün ərzində ərazini tərk etməlidirlər.
İsrail bu qərarı Britaniya xarici işlər naziri Ed Milibandın beynəlxalq hüquqa görə qanunsuz hesab edilən Qərb sahilindəki yəhudi yaşayış məntəqələri ilə ticarətin qadağan olunduğunu elan etməsindən sonra verib.
London həmçinin bu yaşayış məntəqələrində fəaliyyət göstərən şirkətlərə qarşı tədbir görmək və əlaqəli mal və xidmətlərin reklamını qadağan etmək niyyətindədir. Lakin Milibandın sözlərinə görə, məhdudiyyətlər İsrailin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onunla ticarətə təsir göstərməyəcək.
İsrailin xarici işlər naziri Qideon Saar daha əvvəl Londonun tədbirlərinə cavab olaraq Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlamışdı.
Müəllif: Tural
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











