Yaxın Şərq
Husilər strateji liman şəhərinə nəzarəti ələ keçirdilər - FOTO
Yəmənin cənub qərbinə nəzarət edən husilər Bab əl-Məndəb boğazı yaxınlığındakı əl-Moxa liman şəhərini ələ keçiriblər.
Publika.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Yəmən hökumətinin hərbi mənbələri məlumat yayıb.
Qeyd olunub ki, husilərin əl-Moxanı ələ keçirməsi Qırmızı dənizin cənub çıxışında yerləşən və dünyanın mühüm dəniz ticarəti marşrutlarından biri olan Bab əl-Məndəb boğazına nəzarət imkanlarını artırır. Mənbələr, həmçinin husilərin strateji Haniş adalarına hücumlar həyata keçirdiyini bildiriblər.
Qeyd edək ki, husilərin Yəmənin bu hissəsində üstünlüyü ələ alması dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının yeni neft ixracı marşrutuna əngəl törədə bilər. Belə ki, Amerika Birləşmiş Ştatları -İran müharibəsi nəticəsində Hörmüz boğazından keçidlərin ciddi şəkildə məhdudlaşmasından sonra Səudiyyə Ərəbistanı xam neftini və neft məhsullarını ixrac etmək üçün Qırmızı dəniz marşrutundan daha çox istifadə etməyə başlayıb.
Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə daşımaların ciddi şəkildə pozulması fonunda dünya bazarlarında neftin qiyməti də yüksək olaraq qalır. “Brent” markalı neftin bir barelinin qiyməti 100 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
















.jpg)

.jpg)





















