Yaxın Şərq
İsrail və Livan arasında sülh danışıqlarının tarixi açıqlandı
Livan və İsrail nümayəndə heyətləri sentyabrın 15–16-da Romada münaqişənin sülh yolu ilə nizamlanması üzrə səkkizinci danışıqlar raundunu keçirəcəklər.
Publika.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, tərəflər Livan ordusunun nəzarətinə keçməli olan Livanın cənub rayonlarında yeni “pilot zonalar”ın yaradılmasını müzakirə etmək niyyətindədirlər. Daha əvvəl belə zonaların mexanizmi Beyrutun ölkənin cənubu üzərində nəzarətinin tədricən bərpası ilə bağlı razılaşmalar çərçivəsində nəzərdən keçirilmişdi.
Danışıqların əvvəlki raundu avqustun 4–6-da Romada keçirilib. Tərəflər, xüsusilə, “pilot zonalar”ın yaradılması mexanizmini və İsrail qüvvələrinin Cənubi Livandan gələcəkdə çıxarılması şərtlərini müzakirə ediblər.
Yeni raund Livanın cənubunda qalan gərginlik fonunda keçiriləcək. Son həftələrdə əvvəllər əldə olunmuş atəşkəs razılaşmalarına baxmayaraq, orada İsrail və “Hizbullah” arasında toqquşmalar davam edib.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirmişdi ki, İsrail qoşunları Livanın cənubunda nəzarət etdikləri sərhədyanı əraziləri tərk etməyəcəklər. O, “Müqəddəs Kitab yolu”nun təməlqoyma mərasimində çıxış edərək qeyd edib ki, “təhlükəsizlik zonası”nın saxlanılması İsrailin şimal rayonlarında qayda-qanunun və rifahın bərpası üçün zəruridir.
Hüseyn İbadlı
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...














.jpg)

.jpg)























