Yaxın Şərq
İran Omanla yekun razılığa gəldi - Körfəz ölkələri toplanır
İran və Oman Hörmüz boğazındakı gəmiçilik marşrutu üzrə yekun razılaşmaya nail olmağa müvəffəq olublar.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinad yazır.
Bildirilir ki, Tehran və Maskat arasında əldə olunmuş razılaşma tezliklə Fars körfəzi dövlətlərinin XİN başçılarının iştirakı ilə ictimaiyyətə açıqlanacaq.
“Bu saziş müstəsna olaraq İran və Omana aiddir. Digər ölkələrin nümayəndələri görüşdə yalnız marşrutun təfərrüatları və tranzit şərtləri ilə tanış olmaq üçün iştirak edəcəklər ki, bununla da beynəlxalq ictimaiyyətə həmin plana etiraz etmədiklərini üstüörtülü şəkildə nümayiş etdirəcəklər”, - deyə mənbə dəqiqləşdirib.
Sentyabrın 6-da İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai həmin marşrutun gəmiçilik üçün tamamilə bağlandığını bəyan edib.
Onun sözlərinə görə, İran hərbçiləri Hörmüz boğazından keçməyə cəhd edən kontrabanda neft daşıyan Amerika gəmilərini atəşə tutur, lakin regionun ekologiyasına zərər vurmaq istəmədikləri üçün onları batırmırlar.
Hüseyn İbadlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











